Şəkidə yol qəzası baş verib, ölən və yaralanan var

Yol qəzaları 11 İyun 2022 | 21:48
OXUNUB: 1361

Şəkidə idarəetməni itirən sürücü avtomobili yol kənarındakı ağaca çırpıb.

Avtosfer.az-ın məlumatına görə, ağır yol- nəqliyyat hadisəsi gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu, Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayon sakini 32 yaşlı İbrahim Ağalarovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.  Qəza zamanı sürücü İbrahim Ağalarov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Balakən rayon sakini 27 yaşlı Günel Göyüşova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan İbrahim Ağalarovun meyiti Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man