Universitetdə müzakirələrə səbəb olan ilan elanı ilə bağlı AÇIQLAMA

Gündəm 11 İyun 2022 | 19:56
OXUNUB: 1998

Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Mühəndislik Universitetinin həyətində ilanların olması ilə bağlı məlumat paylaşılıb. Bu gün isə ali təhsil ocağının həyətində yerləşən ağaca yapışdırılan elan diqqət çəkib. Elanda ilan şəkli yer alıb və “Ehtiyatlı olun” deyə xəbərdarlıq edilib.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya məlumat verən universitetin mətbuat katibi Elman Babayev bildirib: “Universitet rəhbərliyi aiddiyyəti üzrə Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edib. Bu gün universitetin bütün ərazisi dərmanlanıb, ilanlara qarşı tədbir görülüb”   Ağaca yapışdırılmış elanla bağlı E. Babayev qeyd edib ki, dərmanlanma işi aparıldığı üçün universitet bağlı olub: “Şəklin kim tərəfindən yapışdırıldığından xəbərim yoxdur”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man