Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya salıb.
Avtosfer.az xəbər verir ki, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayondan keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobili Masallı rayon sakini, 2014-cü il təvəllüdlü İ.Abdullayevi vurub. Yaralı uşaq ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, kəllə əsasının sınığı, çanaq tamlığının pozulması ilə olan çoxsaylı sınıqlar diaqnozu qoyulub. Hazırda İ.Abdullayev travmatik şokun 3-cü dərəcəsindədir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man