Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində 287 uşaq həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Qeyd edilir ki, 779-dan çox uşaq bu səbəbdən zərər çəkib, 492-si yaralanıb. Bu rəqəmlərin yekun olmadığı vurğulanır. Zərər çəkən uşaqlara ən çox Donetsk vilayətində - 217 nəfər, Xarkovda - 132 nəfər, Kiyevdə - 116 nəfər rast gəlinib. Prokurorlar bildirirlər ki, cinayət əməllərinin araşdırılması zamanı Donetsk vilayətinin Mariupol şəhərində Rusiya hərbçilərinin atəşi nəticəsində daha 24 uşağın öldüyü məlum olub. Həmçinin müəyyən edilib ki, aprelin 9-da Donetsk vilayətinin Rayqorodok qəsəbəsinin işğalçılarının atəşə tutması nəticəsində 17 yaşlı qız da yaralanıb.
Mənbə: Ukrainskaya Pravda
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man