Buzovna-Maştağa yolundakı ağaclar məhv edilib? - AÇIQLAMA + FOTO

Gündəm 11 İyun 2022 | 15:39
OXUNUB: 757

Bakıda ağacları qurutmağa cəhd edilib.

Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Buzovna-Maştağa yolundakı ticarət obyektlərin qarşısından gedir. Belə ki, yol kənarında və ətrafda olan ağacların dibinə onların məhv edilməsi üçün müdaxilə edildiyi iddia olunur.  Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, ağacların qurudulmasının qarşısı alınıb. Buzovna-Maştağa yolundakı ticarət obyektlərin qarşısında bir neçə çoxillik şam ağaclarının bilərəkdən məhv edilməsi ilə bağlı daxil olan məlumatla bağlı dərhal məsələyə operativ reaksiya verilib: “Həmin ünvanda araşdırma və inventarizasiya işləri aparılıb. Ağacların dibindən torpaq nümunələri götürülüb və laboratoriyaya göndərilib. Analizlərin nəticəsi kimi ağacların quruması səbəbinin xəstəlik və ya kənar müdaxilə olacağı bilinəcək. Bildirilib ki, ağacların bilərəkdən qurudulması faktı aşkar edildiyi təqdirdə təqsirkarlara qarşı ciddi tədbir görüləcək. Aparılan araşdırmalarla yanaşı, həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yeni ağacların əkilməsi təmin edilib, mövcud ağaclara aqrotexniki qulluq göstərilib”.(Oxu.az)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man