Cəlilabad rayonunda 1 yaşlı körpənin üzərinə qaynar su dağılıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 2021-ci il təvəllüdlü R.A. (ad, soyadı şərti) qaynar sudan yanıb. Onun üzərinə içi dolu çaydan dağılıb. Azyaşlı paytaxt xəstəxanalarından birinə aparılıb. R.A.-nın 2-ci dərəcəli yanıq diaqnozu qoyulub. Körpənin vəziyyəti hazırda ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man