"Cadillac" markasının yeni yarış prototipi yol avtomobilinə bənzəyir - FOTO

11 İyun 2022 | 13:59
OXUNUB: 880

Cadillac şirkəti rəsmi olaraq Project GTP Hypercar LMDh yarış avtomobilini təqdim edib. Sportprototip gələn mövsümdən həm amerikan IMSA seriyasında, həm də WEC çempionatının dözümlülük yarışlarında iştirak edəcəkdir. Sonuncunun ən nüfuzlu mərhələlərindən biri məşhur “Le Manın 24 Saatı” marafonudur. Yeri gəlmişkən, bu ilki yarış sabah başlayır.

Aydınlaşdırmaq gərəkdir ki, 2021-ci ildən IMSA və WEC arasında əldə edilmiş razılaşmaya əsasən, hər iki çempionatdakı ən yüksək sinifdə iki növ avtomobil iştirak edə bilər.

 

Birinci növ avtomobillər, WEC çempionatının təşəbbüskarı olduğu hiperkarlardır. Əvvəlcə, avtomobil istehsalçılarının onları top idman avtomobillərinin əsasında hazırlayacağı güman edilirdi, lakin sonradan bu tələbin məcburi olmadığı elan edildi. Bununla belə, yarışacaq avtomobilin tam şəkildə dünya avtomobil istehsalçılarından biri tərəfindən yaradılması qaydası öz qüvvəsində qalır.

İkinci növ avtomobillər, IMSA çempionatının LMDh prototipləridir. Cadillac şirkətinin hazırladığı avtomobil məhz belə növdəndir. Burada əsas məsələ ondan ibarətdir ki, avtomobil istehsalçısı şassini təkbaşına deyil, çempionatın akkreditə olunmuş dörd tərəfdaşından birinin köməyi ilə hazırlayır. Cadillac şirkəti avtoidman həvəskarlarına yaxşı tanış olan İtaliyanın məşhur Dallara şirkətini seçib. Yeri gəlmişkən, BMW də özünün LMDh prototipini Dallara şassisi üzərində inşa edir.

 

Bununla belə, prototipin eksteryer dizaynına avtomobil istehsalçısı cavabdehdir və Cadillac təkcə yarışlar üçün deyil, həm də ictimai yollar üçün kifayət qədər uyğun görünüşə malik olan avtomobili hazırlaya bilib. Təəssüf ki, bu prototipi seriya superkarına çevirmək mümkün deyil.

Texnologiyaya gəldikdə isə, yeganə məlum olan prototipin hibrid güc qurğusunun yeni 5,5-litrlik V8 mühərrikinə əsaslanacağıdır. Onun gücü açıqlanmır, lakin hər iki çempionatın qaydalarına əsasən, hər hansı bir LMDh prototipi hiperkarlardan nəzərəçarpacaq dərəcədə sürətli olduğu ortaya çıxarsa və ya əksinə, hiperkarlar prototiplər üzərində üstünlük əldə edərsə, o zaman liderlər məcburi olaraq əlavə ağırlıq ballastını alırlar.

Cadillac Project GTP Hypercar LMDh prototipi yarışlarda gələn il debüt etməlidir. Onun rəqibləri Toyota, Peugeot, BMW, Acura və Porsche markalarının avtomobilləri olacaqlar. Bundan əlavə, Ferrari də öz hiperkarını hazırlayır.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man