Bakı sakinindən 2 kiloqrama yaxın heroin götürülüb

11 İyun 2022 | 13:44
OXUNUB: 780

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Turxan Həsənli saxlanılıb.

Avtosfer.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, metamfetamin, 320 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.

Araşdırma zamanı Turxan Həsənlinin sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun narkokuryerlik təklifi ilə razılaşdığı məlum olub. Turxan Həsənli ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət İşləri başlanılıb. Niyaməddin Əliyev və Turxan Həsənli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man