Daşkəsəndə güclü leysan və dolu yağışı təbii fəlakətə səbəb olub - FOTO - VİDEO

10 İyun 2022 | 23:17
OXUNUB: 1255

Daşkəsənə dolu yağıb.

Avtosfer.az xəbər verir ki, saat 19 radələrində rayon ərazisində dolu ilə yanaşı güclü leysan yağışı yağıb. Rayonun Çanaqçı və Alaxançallı kəndlərində köpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan dəyib. Sel suyu Çanaqçı ilə digər kəndi birləşdirən körpünü tamamilə dağıdıb. Alaxançallı kəndi ərazisində isə sel suyu bir körpünü dağıdıb, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb. Bir neçə avtomobili çay aparıb. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanıb. İnsan itkisi və xəsarət alan yoxdur. Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.(Apa)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man