Şirvanda ilk və möhtəşəm Layihə olan "BestIT"  Layihəsi start götürüb - FOTO

10 İyun 2022 | 12:00
OXUNUB: 212

Şirvanda ilk və möhtəşəm Layihə olan "BestIT"  Layihəsi start götürüb.

Avtosfer.az xəbər verir ki, aztəminatlı ailələrə dəstək ideyası çərçivəsində , IT bilgilərinin inkşafı məqsədilə həyata keçirilən "BestIT"  layihəsi "Uğur Marafonu" devizi ilə işinə başladı. 
Belə ki, 09.06.2022-ci il tarixində Şirvan Gənclər Evinin Kompüter Mərkəzinin rəhbəri, Qrafik Dizayner Aynur Gülüşovanın rəhbərlik etdiyi layihənin açılışı baş tutdu. 
Açılışda layihə üzvlərinə və qonaqlara layihənin əsas ideyası, gedişatı, təyin olunmuş müddət ərzində baş tutacaq fəaliyyətlər, əldə olunacaq nəticələr haqqında qısa yol xəritəsi verildi, layihənin təqdimat loqosu nümayiş olundu.  Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, Baş Mühasib Ülviyyə Bağırova çıxış edərək layihənin işinə uğur arzuladılar, həmçinin GKİM-nin Layihələndirmə Departamentinin direktoru Əlibaba Əlifov, Şirvan Xəbər saytının redaktoru Gülnurə Nəsir, və Motivator, İntellektual Oyunlar üzrə Mütəxəssis Samir Məmmədov öz dəstək məqsədli çıxışlarını sərgilədilər. Tədbirin sonunda layihəyə üzv olan gənclər sorğu anketlərini doldurdular və üzvlüklərini rəsmiləşdirdilər. 
•Tədbirin ardından "BestIT" layihəsinin baş koordinatoru Rəşad Aslanın təqdimatında ilk Motivasiya təlimi baş tutdu. Təlim zamanı, layihəyə qoşulan gənclərin davamlılığını artırmaq, çətinliyə dözümlülük, məqsədlərin seçilməsi və.s mövzulara əsaslı köklənməsi üçün vacib məqamlar vurğulandı.

"BestİT" layihəsi 

•Layihə Rəhbəri: Aynur Gülüşova
•Layihənin Koordinatoru: Rəşad Aslan
•Layihənin Dəstəkçiləri: Şirvan Gənclər Evi, GKİM, Şirvan Xəbər saytı, Şirvan Debat Mərkəzi.
•Layihənin Müddəti: 4 ay
•Layihə çərçivəsində öyrədiləcəklər: Help Desk, Windows 10 Əməliyyat sistemi, MS Word, MS Excel, MS PowerPoint. Layihənin əhatə etdiyi gənc sayı: 16-20

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man