Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçiriblər.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını pozaraq hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülər müəyyən olunub.
Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılıb və qaydaları pozan 15 sürücü barəsində inzibati protokol tərtib edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man