Bakıda biabırçı mənzərə və təhlükə - İnəklər yol kənarındakı yaşıllıqlarda otarılır - VİDEO

10 İyun 2022 | 15:50
OXUNUB: 4419

Bakının Binəqədi rayonu ərazisində biabırçı mənzərə hökm sürür. Avtosfer.az xəbər verir ki, Bakı-Şamaxı yolunun Binəqədi rayonu ərazisində At yalı deyilən ərazidə yol kənarındakı yaşıllıqlarda inəklər otlayır. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən yaşıllıq zonası mühafizə olunmadığı üçün yolboyu orada inəklərin otladığını görmək mümkündür. Hətta sahibsiz heyvanlar yolun hərəkət hissəsinə də çıxaraq təhlükəli vəziyyət yaradırlar.

Qeyd edək ki, mal-qaranı yollara nəzarətsiz buraxmağa görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulur. Ümid edirik ki, Binəqədi rayon İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsi məsələni nəzarəti götürərək biabırçı mənzərəni və təhlükəni aradan qaldıracaq.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man