Daşıyıcıdan sərnişinlərə pul təklifi təəccüb doğurdu: “Balansınıza 20 AZN köçürüləcək” - FOTO

10 İyun 2022 | 15:33
OXUNUB: 627

Paytaxtda sərnişin avtobuslarından birində yerləşdirilən elan sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. 

Belə ki, sosial şəbəkələrdə yayılan fotoda sürücünün sərnişinlərdən nağd ödəniş almasına dair faktları “aşkarlamaq” məqsədilə yerləşdirilən elanda qeyd edilib:

“Sərnişinlərin nəzərinə! Avtobusda kartdan istifadə etməyən sərnişinlərdən nağd pul alan zaman sürücünün videogörüntüsünü kim çəkib atarsa, balansına 20 AZN köçürüləcək”. 

Elanın sonunda isə əlaqə nömrəsi də yazılıb. Məsələ ictimailəşdirildikdən sonra bir qrup şəxs bu elanı birmənalı qarşılamayıb və bu, kəskin müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, elanın “Vətən” firmasının müvəqqəti istismarında olan 26 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda olduğu müəyyən edilib:

“Avtobusun salonunda bu cür elanların yerləşdirilməsi doğru deyil. Daşıyıcı firmanın məsul şəxsi Kənan Usubovla əlaqə saxlanılaraq bununla bağlı irad bildirilib və dərhal yığışdırılması tapşırılıb. Eyni zamanda bir daha bildirmək istərdik ki, nağdsız ödəniş sisteminə inteqrasiya olunan avtobuslarda gediş haqqının nağd formada ödənilməsi qadağandır. Bu məsələdə sərnişinlər də diqqətli olmalı və gediş haqqının ödənişini “BakıKart”la etməlidirlər”.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man