“Kriminalqafqaz”ın məlumatına görə, hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, o, həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq müxtəlif şəxsləri məktəbdə işə düzəldəcəyinə dair vəd verib. Bunun qarşılığında isə onlardan müxtəlif məbləğlərdə pul alıb. O, vətəndaşlara qarşı ümumilikdə 20 min manat dələduzluq etməkdə təqsirli bilinir.
N.Orucovanın ən böyük dələduzluq əməllərindən biri isə şəhid anası Zabilə Musayevaya qarşı olub. O, Vətən müharibəsində şəhid olan Əliheydər Hüseynlinin anasına zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edib. Şəhid anasını inandırıb ki, oğlu sağdır və əsirlikdədir. N.Orucova Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə şəhid anası Z.Musayevadan 4000 manat pul alıb.
Qeyd edək ki, N.Orucova istintaq müddətində vətəndaşlara vurduğu ziyanın 12 min manatını ödəyib. Onunla bağlı başlanılan cinayət işinin istintaqı tamamlanıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Fəhmin Hümbətov sədrlik edəcək.
Xatırladaq ki, Əliheydər Hüseynli Vətən Müharibəsinin sonuncu günü Xocavənddə şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man