Yük maşınları yollarımızı belə dağıdır - Real vəziyyət budur - VİDEO

10 İyun 2022 | 13:18
OXUNUB: 1850

Son 1 ayda Bakı-Quba yolunun bərbad vəziyyəti barədə çox danışılıb. Elə Avtosfer.az da periodik olaraq bu məsələni gündəmdə saxlayıb. Lakin Azərbaycan təkcə Bakı-Quba yolundan ibarət deyil.
Bakı-Qazax yolunda da vəziyyət çox ürəkaçan deyil. Bakıya gəldikdə Kürdəmirədək yol nisbətən yaxşı olsa da, Kürdəmirdə pisləşmə başlayır, Ələtə çatdıqda isə bərbad olur. Bir neçə il əvvələdək yolun yalnız sağ hissəsi dağılmışdısa, indi sol da aşınmaya məruz qalır. Səbəb sadədir: normadan artıq yük vurulan avtomobillər yolu dağıdır. Yolun özünün keyfiyyəti də ürəkaçan olmadığından proses sürətlənir. Ələt tərəfdə Cənubdan gələn (Cənub regionlarımız və İran) avtomobillər də cərgəyə qoşulduğundan yollar götürə bilməyəcəyi təzyiqə məruz qalır. Elə bu "Kamaz"dakı kimi.
Kürdəmirdə qeydə aldığımız bu kadrda "Kamaz" qumla dolu idi və maşın normadan azı 2 dəfə artıq yüklənmişdi. Burada azı 2 qayda pozuntusu göz qabağındadır: səpələnən yük açıq aparılır, yük normadan çoxdur. Yəni, sürücü azı 600 manatlıq qayda pozur. Avtomobilin yanından keçdikdə gödük ki, mühərrik və transmissiya sözün həqiqi mənasında nərildəyir. Yük çox olduğundan sürücü aşağı ötürmə ilə hərəkət edirdi ki, bu da yanacaq sərfinin ikiqat artmasına səbəb olur. Yəni, birbaşa ekologiyaya zərər vurulur. 
Avtomobillərin arxa şinləri ağır yük altında bir-birnə toxunmasın deyə bir qayda olaraq 10 atmosfer və daha çox hava vurulur. Qəza zamanı bu təzyiqin doğuracağı fəsad barədə danışmağa isə lüzum yoxdur.
Bu yük avtomobilləri minik avtomobilləri üçün də problemə çevrilib. Avtomobil dağılmasın deyə minik avtomobillərinin sürücüləri davamlı olaraq yolun solu ilə hərkəkət etməyə məcbur olurlar. Bu zaman onlar həm ötüb keçmək istəyən nəqliyyat vasitələrinə mane olur, həm də cərimələnirlər.

Kürdəmir istiqamətində kameralar davamlı olaraq sol yolla gedən avtomobilləri qeydə alır. Buna görə dəfələrlə Kürdəmir postunda sürücülərlə DYP arasında mübahisə yaranıb. 

Bəs problemdən çıxış yolu varmı? Əlbəttə, var. Ya yük avtomobillərin götürdüyü yükə ciddi nəzarət etmək, ya da yolları aeroportların uçuş zolağı kimi ağır yükə davamlı şəkildə tikmək. Məsələn, Skandinaviya ölkələrində avtoqatarların yol verilən yükgötürmə qabiliyyəti 60 tondur. Bu qədər yük yolda problem yaratmır.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man