Yaponiya Rusiyaya yük maşınları və buldozerlərin ixracını qadağan edir

10 İyun 2022 | 13:27
OXUNUB: 684

Yaponiya iyunun 17-dən Rusiyaya yük maşınlarının, özüboşaldan yük maşınlarının, buldozerlərin ixracını qadağan edir.

Avtosfer.az “Reuters“əistinadən xəbər verir ki, bu barədə cümə günü, iqtisadiyyat, ticarət və sənaye naziri Koiti Haqiuda deyib.
Onun sözlərinə görə, bu qərar hökumətin sənaye infrastrukturunun gücləndirilməsinə kömək edən məhsulların Rusiyaya ixracına qadağa qoyulması ilə bağlı əvvəlki qərarı ilə bağlıdır.
“İyunun 17-dən yük maşınları, özüboşaltma maşınları, buldozerlər və digər avadanlıqların tədarükünə qadağa qoyulacaq", - Koiti Haqiuda qeyd edib. Xatırladaq ki, bundan əvvəl, iyunun 7-də Tokio Rusiya və Belarusun bir sıra banklarını sanksiyalar siyahısına əlavə edib. Belə ki, “Moskva Kredit Bankı”, “Rusiya Kənd Təsərrüfatı Bankı” və “Belarus İnkişaf və Yenidənqurma Bankı” məhdudiyyətlərə məruz qalıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man