"Formula 1" komandası Bakıda xüsusi livreya ilə çıxış edəcək

10 İyun 2022 | 12:25
OXUNUB: 627

"Formula 1" komandası "Alfa Romeo" Azərbaycan Qran-prisində İtaliya bayrağının rənglərində hazırlanmış xüsusi livreya ilə çıxış edəcək.

"Report"un məlumatına görə, livreyada dəyişiklik İtaliya şirkətinin yeni krossoveri - "Alfa Romeo Tonale"nin satışına başlanması şərəfinə edilib.

Bolidin yenilənmiş livreyasındakı yaşıl rəng İtaliya bayrağındakı rənglə yanaşı, "Tonale" satışlarının başlanğıcında istifadə edilən “Monreal Green”lə bağlıdır.

Qeyd edək ki, bu gün start görürəcək Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq. "Alfa Romeo" cari mövsüm Konstruktorlar Kubokunda 41 xalla beşinci sıradadır. Komandanın pilotu Valtteri Bottas 40 xalla 8-ci, onun komanda yoldaşı Çjou Quanyuy 1 xalla 18-ci yerdədir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man