Bakı Metropolitenin Audit, Strategiya və investisiyalar komitələrinin yeni tərkibləri təsdiq edilib

10 İyun 2022 | 11:32
OXUNUB: 693

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Avtosfer.az quruma istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Cəmiyyətin sədri Zaur Hüseynov və Cəmiyyətin digər vəzifəli şəxsləri iştirak edib.

İclasda Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyəti müzakirə olunub, Audit, habelə Strategiya və investisiyalar komitələrinin yeni tərkibləri təsdiq edilib. Həmçinin Cəmiyyətin korporativ strukturuna daxil olan bölmələrin ştat cədvəlinin təsdiq edilməsinə razılıq verilib.

İclas iştirakçıları Cəmiyyətin cari fəaliyyəti ilə əlaqədar olan digər məsələləri də müzakirə ediblər.

Qeyd edək ki,“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man