Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi: Həbs olundu

10 İyun 2022 | 11:13
OXUNUB: 816

Bakı metrosunda tanımadığı qadına qarşı qeyri-əxlaqi hərəkətlər edərək ictimai asayişi pozan şəxs saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə iyunun 8-də metronun “Ulduz” stansiyasında baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Füzuli Məcidov (ad və soyad şərtidir - red.) sərxoş halda saat 12:25 radələrində platformada qatar gözləyən qadına qarşı əxlaqsızlıq edib. O, dərhal metropolitenin polis nəfərləri tərəfindən saxlanılaraq növbətçi hissəyə təhvil verilib.

F. Məcidovun törətdiyi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə adıçəkilən şəxsə 15 sutkalıq inzibati həbs cəzası verilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man