Beyləqan rayonunda avtomobil ağaca çarpılıb, ölən var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə iyunun 9-u saat 17 radələrində rayonun Bolsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini İ.Əliyev idarə etdiyi “VAZ-21013” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan Məyiş Hüseynov orada ölüb.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man