Mərdəkan-Şüvəlan yolunun Qala yolu ilə kəsişməsindəki keçidin tikintisi 10 ildən çoxdur tamamlanmır.
Ərazidə yaşayan sakinlər yolu keçmək üçün əvvəlcə avtomobillərin sıxlığının azalması üçün bir neçə dəqiqə gözləməli, daha sonra isə var gücü ilə qaçmalı olur. Görəsən, sürət həddi saatda 110 km olan dördzolaqlı yolda yerüstü keçidin tikintisi niyə başa çatdırılmır? Bakı Nəqliyyat Agentliyindən məsələ ilə bağlı bildirilib ki, qurum sözügedən yolda keçidin olmasının zəruriliyi barədə təklif verib. Lakin tikintinin gedişatına nəzarət onların səlahiyyətində deyil.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man