Zaqatalada güclü külək və leysan yağışı fəsadlar törədib - FOTO

09 İyun 2022 | 22:07
OXUNUB: 766

 

Zaqatalada güclü külək və leysan yağışı bir sıra fəsadlar törədib.

Avtosfer.az xəbər verir ki, axşam saat 18:00 radələrindən başlayaraq ölkənin şimal-qərb rayonları Balakən və Zaqatalada qeyri sabit hava şəraiti hökm sürüb, güclü küləklə müşahidə edilən qısa müddətli leysan yağışı yağıb. Güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti daha çox Zaqatalada özünü göstərib. Güclü külək Zaqatala şəhəri Qala düz adlanan yaşayış massivində beş mərtəbəli binanın dam örtüyünün çox hissəsini aparıb. Rayonun Aşağı Tala və Muxax kəndləri ərazisində irigövdəli ağac yıxılaraq yolu bağlayıb. Bir sıra ərazilərdə elektrik naqilləri qırılıb. Çaylarda suyun səviyyəsi qismən artıb. Hazırda aidiyyəti qurumlar fəsadlar baş verən ərazidə iş aparır.

Zaqatalada güclü külək və leysan yağışı fəsadlar törədib - FOTO Zaqatalada güclü külək və leysan yağışı fəsadlar törədib - FOTO Zaqatalada güclü külək və leysan yağışı fəsadlar törədib - FOTO Zaqatalada güclü külək və leysan yağışı fəsadlar törədib - FOTO

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man