XİN-dən Ukrayna limanlarında qalan azərbaycanlılarla bağlı AÇIQLAMA

09 İyun 2022 | 13:58
OXUNUB: 561

Xarici İşlər Nazirliyi Ukrayna limanlarında qalan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb.

Avtosfer.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Trend-ə deyib ki, bir müddət öncə Ukraynanın Olviya limanında duran “Orion S” gəmisində Azərbaycan Respublikası vətəndaşları olan dörd nəfərdən ibarət heyətin qaldığı məlum olub.

"Ukraynadakı Səfirliyimiz heyətlə əlaqə saxlayıb, limana yaxın ərazilərdə təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi səbəbindən gəmini tərk etmək barədə qərar şirkətlə razılaşdırıldıqdan sonra vətəndaşlarımız gəmidən çıxarılaraq Moldova ilə sərhədə çatdırılıb. Vətəndaşlar, Rumıniya və Türkiyə üzərindən marşrutla Azərbaycana geri dönüblər. Digər gəmidə qalan vətəndaşlarımız barədə Səfirliyimizə hələ ki, məlumat daxil olmayıb. Səfirliyimiz tərəfindən bu məsələ ilə bağlı əlavə araşdırmalar aparılır", - L.Abdullayeva bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man