Gəncədə reyd - Qaydaları pozan sürücülər saxlanıldı - FOTO - VİDEO

İctimai nəqliyyat 09 İyun 2022 | 13:09
OXUNUB: 670

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb. Bundan başqa spirtli içkinin təsiri altında avtomobil idarə edilməsi və baş verə biləcək qəzaların qarşısını almaq məqsədi ilə şəhərin müxtəlif yerlərində monitorinqlər keçirilib.

Monitorinq zamanı Xəyal Muxtarovun narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi məlum olub. Şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man