Azərbaycan taksi xidmətlərinin bahalığına görə MDB-də ikinci yerdədir

09 İyun 2022 | 15:18
OXUNUB: 689

Azərbaycan MDB ölkələri arasında taksi xidmətinin yüksək tariflərinə görə ikinci yerdə qərarlaşıb. Ölkədə bir kilometr məsafənin gediş haqqı orta hesabla sərnişinə 1 manata başa gəlir.

"APA-Economics"in “Numbeo” qlobal verilənlər bazasının hesabatı əsasında apardığı hesablamalara görə, Birlik məkanında ən bahalı taksi xidməti Türkmənistandadır, orada bir kilometr gediş haqqı 1,46 manat təşkil edir.
MDB ölkələrində ən ucuz taksi Belarusdadır. Bu ölkədə xidmətin orta qiyməti 1 km üçün 0,25 manat, Qırğızıstanda 0,32 manat, Özbəkistanda isə 0,34 manatdır.
Taksi xidmətlərinin baha qiymətinə görə, dünyada birinci yeri İsveçrə tutur – bu ölkədə sərnişin hər kilometrə görə 6,6 manat ödəməlidir, Seyşel adalarında bu məbləğ - 5,86 manat, Yaponiyada isə 5,21 manat təşkil edir.

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man