Türkiyədə qəribə basqın hadisəsi qeydə alınıb. Belə ki, çörəyi ucuz satmaq üstündə bir çörəkçi digərinə atəş açıb.
“Haber Global”ın məlumatına görə, hadisə Antalyada baş verib. Məlumata görə, antalyalı İ.A. dörd lirəlik (0,40 manat) çörəyi 2,25 lirəyə (0,22 manat) satan Osman Soylunun dükanına gələrək onunla dava edib. Bu vaxt müəssisədə Soylunun hamilə xanımı və müştərilər də olublar. Dükanda rəqiblərin sözləri çəp gəlib, sonra İ.A. çölə çıxaraq binanın xaricindən tüfənglə atəş açıb. Qırmalar soyuducunu dəlib, lakin xoşbəxtlikdən, insanlar arasında xəsarət alan olmayıb. Hadisə anı müşahidə kamerası ilə qeydə alınıb (videoda 2:09 dəqiqədən sonra).
Osman Soylunun sözlərinə görə, bu, İ.A. tərəfindən ilk təhdid deyil, bundan əvvəl də onun tərəfindən ölümlə hədələnib. Bununla belə, zərərçəkən çörəyi ucuz satmağa davam edəcəyini vurğulayıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man