Vellinqtonda bir qadın və uşağı girov götürən kişini polis güllələyib. Bu barədə çərşənbə günü hüquq-mühafizə orqanının yaydığı məlumatda deyilir.
Yeni Zelandiya polisinin qeyd etdiyi kimi, insident axşam saatlarında paytaxtın şimalında yerləşən Nyulends bölgəsində baş verib. “Hadisə yerinə gələn polis əməkdaşları evlərin birində qadın və azyaşlı uşağı hədələyərək girov götürən və onlarla birlikdə özünü evə kilidləyən bıçaqla silahlanmış kişini aşkar ediblər. Daha sonra uşaq binanı tərk edə bilsə də, qadın orada qalıb, kişi isə bıçağı onun boğazına dayayıb”, - deyə Vellinqton hüquq-mühafizə orqanlarının nümayəndəsi Treysi Tompson hadisə ilə bağlı açıqlama verib. O, girovu saxlayan şəxslə danışıqların nəticəsiz qaldığını və polisin atəş açdığını qeyd edib. Nəticədə hücum edən şəxs təcili tibbi yardım gələnə qədər hadisə yerində ölüb, girov saxlanılan qadın isə “həyat üçün təhlükə yaratmayan xəsarətlər alıb və ona yerindəcə tibbi yardım göstərilib”. Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb, hadisənin səbəbləri və başvermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: TASS
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man