Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları uşaqları yol qəzalarından qorumaq, onları bu sahədə maarifləndirmək məqsədilə tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlərdə polis əməkdaşları piyadanın vəzifələri, yol nişanları, təhlükəsiz davranış vərdişləri, eləcə də nizam-intizam qaydaları barədə məktəblilərə ətraflı məlumat veriblər. Qeyd edilib ki, belə maarifləndirici görüşlərin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi, eləcə də tədris prosesinin effektivliyinin yüksəldilməsinə yol polisinin köməyinin artırılmasıdır.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Nərmin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man