Ağdaşda yol polisləri məktəblilərlə görüşüblər - FOTO

08 İyun 2022 | 20:52
OXUNUB: 777

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları uşaqları yol qəzalarından qorumaq, onları bu sahədə maarifləndirmək məqsədilə tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlərdə polis əməkdaşları piyadanın vəzifələri, yol nişanları, təhlükəsiz davranış vərdişləri, eləcə də nizam-intizam qaydaları barədə məktəblilərə ətraflı məlumat veriblər. Qeyd edilib ki, belə maarifləndirici görüşlərin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi, eləcə də tədris prosesinin effektivliyinin yüksəldilməsinə yol polisinin köməyinin artırılmasıdır.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Nərmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man