Şəki polisi kimya-biologiya təmayüllü respublika liseyində tədbir keçirib - FOTO

İctimai nəqliyyat 08 İyun 2022 | 23:43
OXUNUB: 1985

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə "Gənclər narkomaniyaya yox deyir" "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər davam etdirilir. Növbəti tədbir, 2022-ci il iyunun 08-də Şəki şəhəri, Kimya-Biologiya Təmayüllü Respublika Liseyində keçirilib.

Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov, təşkilati inspektor qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Maqsud Məsimov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Liseyin direktoru Elmir Məmmədəliyev, eləcə də müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

"Gənclər narkomaniyaya yox deyir" mövzusunda Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov, "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzusunda isə Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev geniş məruzə ediblər.

Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov çıxış edərkən bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə davamlı siyasətdir.

Narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkomaniyanın yayılması hər kəsin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır.

Narkomaniya ilə mübarizə sahəsində respublikanın hər yerində olduğu kimi rayonumuzda da mütəmadi tədbirlər həyata keçirilir.

Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov onuda qeyd edib ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Tədbirdə iştirak edən yeniyetmə və gənclərə narkomaniyanın törətdiyi fəsadlar barədə geniş və ətraflı məlumat verildikdən sonra narkomaniyanın törətdiyi fəsadlar barədə qısametrajlı film nümayiş etdirilib.

Daha sonra  Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev çıxış edib və bildirib ki, ötən il respublika üzrə qeydə alınmış qəzaların 43.7%-i (721-i) piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 322 nəfər həlak olub, 429 nəfər xəsarət alıb. Eyni zamanda, piyadalar tərəfindən yol-hərəkəti qaydalarının pozulması nəticəsində 37 (2.2%) yol-nəqliyyat hadisəsi baş verib.Belə qənaətə gəlirik ki, piyadalar yol hərəkəti qaydalarını lazımi səviyyədə bilmirlər və onlara əməl etmirlər.Ona görədə, maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac yaranır. Polis baş leytenantı Tural Niftalıyev onuda qeyd edib ki, Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılmış profilaktiki tədbirlər müsbət nəticə verib, ötən il, xidməti ərazidə baş verən yol-nəqliyyat hadisələrinin  33.3%-i (9-u) piyadanın vurulması ilə nəticələnsə də, həmin hadisələrin heç biri piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən baş verməyib. O cümlədən cari ilin I rübü ərzində xidməti ərazidə baş vermiş 3 yol-nəqliyyat hadisəsinin hər biri piyadanın iştirakı ilə baş vermiş,  lakin bu hadisələrində heç biri piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən baş verməyib. Əldə olunmuş bu müsbət nəticənin qorunub saxlanılması üçün Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir. Polis baş leytenantı Tural Niftalıyev tərəfindən, şagirdlərə yol hərəkəti qaydaları, piyadanın vəzifələri barədə ətraflı məlumat verilib.

Tədbirin yekununda, Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin direktoru Elmir Məmmədəliyev, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, maarifləndirici tədbirin keçirilməsinə görə, polis şöbəsinin rəisi Azər Muradova və əməkdaşlarına öz minnətdarlığını bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man