“Paytaxtda parklanma siyasətini həyata keçirmək üçün əlverişli imkan yoxdur”

Yazarlar 08 İyun 2022 | 18:14
OXUNUB: 719

Gün ərzində yollarda hərəkət iştirakçısı olan hər kəs bir çox problemlə rastlaşır. Ancaq nədənsə bu problemlər çox vaxt öz həllini tapmır, yaxud aidiyyatı qurumlar bu problemləri görməzdən gəlir. Xüsusən gündən-günə gözəlləşən Bakımızın mərkəzi küçələrində aparılan parklanma işlərinə görə, piyadaların hərəkətinin məhdudlaşması ciddi narazılığa səbəb olur. Parklanma işinin bəzən yaşıllığı məhv etməklə həyata keçirildiyini də nəzərə alsaq, aidiyyatı qurumların susqunluğunu qınaq obyektinə çevirməkdə haqlı olarıq.

Kiçik bir haşiyə çıxaraq bildirim ki, Azərbaycan Respublikasının Konstitusiyasının  53-cü maddəsində (parklanma) qeyd olunur: “1.Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya  uyğun olaraq təşkil edilir.  3.Parklanma yerlərinin  təşkili qaydaları  müvafiq icra orqanı tərəfindən  müəyyən olunur”.

Bəs bu məsələlər qanunla tənzimləndiyi halda, niyə bu qədər narazılıqlar ortaya çıxır. Elə dünən Bülbül prospektində ağacların kəsilərək parklanma yeri yaradılması xəbərinin yayılması və məsələyə dərhal müdaxilə edilməsi problemləri yenidən gündəmə gətirdi. Belə olan halda, parklanma işləri necə aparılmalıdır ki, insanların hərəkəti məhdudlaşmasın?
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı 525.az-a danışıb. Ekspert bildirib ki, parklanma siyasəti planlı şəkildə həyata keçirilməlidir. Təəssüflər olsun ki, bu, Bakı şəhərində plansız bir işə çevrilib:

“Dünən baş verən  hadisə onu göstərdi ki, kimlərinsə şəxsi maraqları bəzən yolların bağlanmasına və səkilərin zəbt olunmasına səbəb olur. Aidiyyatı qurumlar isə  baş verən hadisəni aylar sonra görür. Onda da media işıqlandırandan sonra məsələyə baxılır. Cənab Prezident İlham Əliyevin məsələyə müdaxiləsi olandan sonra, problemi həll edirlər. Bu işdə məsuliyyət daşıyan bütün aidiyyatı qurumlar cəzalandırılmalıdır. Əgər bütün işlərə ölkə başçısının birbaşa müdaxiləsindən sonra baxılacaqsa, bu qədər aidiyyatı qurumlar nəyə lazımdır? Çox maraqlıdır, Nəsimi rayon İrcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yaşıllaşdırma İdarəsi hara baxır? Eyni zamanda Bakı Nəqliyyat Agentliyi hərəkətin təşkili və təhlükəsizliyinə cavabdeh bir qurumdur, lakin dünənki hadisəni sakit müşahidə edirdi. Sanki bu qurumun heç nədən xəbəri yoxdur”.

Ekspert bildirib ki, paytaxtda parklanma siyasətini həyata keçirmək üçün əlverişli imkan yoxdur:

“Çünki şəhərsalma qaydaları kobud şəkildə pozulur. Nəzarət mexanizmi yoxdur. Təəssüf olsun ki, bu, reallıqdır. Bununla yanaşı Bakı şəhərində səkilərin zəbt olunmağının qarşısı alınmalıdır. Burada birmənalı şəkildə rayon icra hakimiyyətlərinin və digər qurumların məsuliyyəti var. Başa düşüləndir ki, ölkəmizdə avtomobilləşmə prosesi sürətlə getdiyindən, bu prosesin qarşısını almaq mümkün deyil. Şəhərdə daha çox parklanma yerləri olmalıdır. Ancaq bu yerlər düzgün seçilmiş yerlər olmalı və yaşıllığa zərər vermədən həyata keçirilməlidir. Çox təəssüf olsun ki, Bakı şəhərində demək olar ki, hər gün ağac kəsilir. Ağaclar insanın yaşaması, nəfəs alması üçün çox vacibdir. Yaşıllığı məhv edən kəs bu cəmiyyətin düşmənidir. Bunun başqa adı ola bilməz”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man