65 yaşına çatmış şəxslərin NƏZƏRİNƏ - VİDEO

08 İyun 2022 | 15:45
OXUNUB: 503

65 yaşına çatmış şəxslərin əmək müqaviləsinə xitam verilir. 

Avtosfer.az-ın məlumatına görə, bu yaşdan sonra işləmək istəyənləri narahat edən məsələlərlə bağlı “Xəzər TV”nin “Xəbər ertəsi” verilişində ətraflı məlumat verilib. Sujetdə mövcud məsələylə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da müəyyən edilmiş yaşa çatan işçilərin bir qayda olaraq işdən çıxarılmasının düzgün olmadığını bildirib. Onun fikrincə, uzun müddət əmək prosesində işləyib təcrübə toplamış belə şəxslərin bilik və bacarıqlarından yararlanmaq lazımdır: “Belə müraciətlər bizə də çox olunur. Lakin 65 yaşa çatıb, kifayət qədər iş və əmək qabiliyyəti olan şəxslərin təcrübəsindən bəhrələnmək daha faydalı olarr”. 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı deyib ki,  65 yaşdan yuxarı şəxslərin əmək fəaliyyəti ilə bağlı qaydalar özəl və bəzi dövlət müəssisələrinə şamil edilmir: ”Bu qayda elmi müəssisə, təşkilatlar və ali təhsil ocaqları üçün keçərli deyil”.

65 yaşı tamam olan şəxslərin yenidən əmək prosesinə cəlbi üçün də müəyyən qaydalar var. Aynur Osmanqızı bildirib ki, onların əmək müqaviləsi bir ili keçməmək şərti ilə, 5 dəfə olmaqla artıla bilər. Əgər bu müddətdən sonra yaşı 65- dən yuxarı olan şəxslər yenidən əmək fəaliyyəti ilə məşğul olmaq istəsələr, bu şans onlara yenidən verilə bilər: “Yenidən əmək fəaliyyətində iştirak etmələri üçün bu şəxslərin elm, təhsil, mədəniyyət və səhiyyə sahələrinin inkişafında xüsusi xidmətlərinin olması vacibdir”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man