“21-ci əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi binamızın həyətini zəbt edib. Orada yaşayan və avtomobil sahibləri olan sakinlər çox böyük çətinliklərlə qarşılaşır”.
Bakı şəhəri N. Nərimanov prospekti bina 201, 203 və 205 ünvanında yaşayan sakinlər Avtosfer.az-a şikayətlə müraciət ediblər.
Bildiriblər ki, hazırda yaşadıqları ünvanlarda həyət sahəsində çox bərbad vəziyyət yaranıb. Buna əsas səbəb, həmin ərazidə fəaliyyət göstərən “21-ci əsr” məktəbidir:
“Son bir neçə il ərzində məktəb əlavə binalar tikərək öz ərazisini xeyli genişləndirib. Genişlənmə binalara məxsus həyət sahələrinin zəbt olunması hesabına həyata keçirilib. Qeyd edilib ki, genişlənmə zamanı bir çox ağaclar da qeyri-qanuni məhv edilib. Faktiki olaraq məktəb və yaşayış binaları arasında qanunvericilikdə müəyyən olunmuş məsafə nəzərə alınmayıb. Bundan əlavə, məktəbin rəhbərliyi, çox saylı əməkdaşları və şagirdlərin valideynləri həyəti avtomobil dayanacağı kimi istifadə edirlər. Sakinlər tərəfindən dəfələrlə məktəb rəhbərliyinə müraciət olunub ki, dərslər başlayan və bitən vaxtlarda yaranan vəziyyətə - tıxaca, güclü səs-küyə, pandemiya dövründə insanların sosial məsafə saxlamamasına – ciddi nəzarət edilsin. Lakin bütün müraciətləri cavabsız qalıb. Nəticədə, qeyd edilən ünvanda yaşayan və avtomobil sahibləri olan sakinlər çox böyük çətinliklərlə qarşılaşır. Belə ki, səhərlər maşın çoxluğu səbəbindən sakinlər çıxa bilmir, axşamlar isə evə qayıdarkən maşın saxlamaq üçün yer tapa bilmirlər. Hətta məktəbə uşaqları gətirən valideynlər və sürücülər tərəfindən yerli sakinlərə qarşı kobud davranış halları baş verib. Üstəlik, məktəbə gedib-gələnlər daimi həyətin ərazisini avtomobil yolu kimi istifadə edilməsi həyətdə oynayan uşaqlar üçün təhlükə yaradır”.
Sakinlər məktəb rəhbərliyinə dəfələrlə müraciət etsə də, hər hansı bir tədbir görülməyib:
“Bu acınacaqlı vəziyyətin qarşısını almaq və həyətdə avtomobillərin hərəkətini nizamlamaq məqsədiylə, Bakı Nəqliyyat Agentliyinin yazılı razılığı ilə sakinlərin öz hesabına həyətdə şlaqbaum quraşdırılıb. Bu barədə məktəb rəhbərliyi əvvəlcədən xəbərdar olunub, lakin sonradan Fövqəladə Hallar Nazirliyi nümayəndəsi tərəfindən şlaqbaum sökülməsinə cəhd edilib. Buna səbəb kimi, “21-ci əsr” məktəb tərəfindən şlaqbaum haqqında daxil olan şikayət qeyd olunub, halbuki şlaqbaumun quraşdırılması hər hansı bir təhlükə yaratmayıb və zəruri hallarda istər Təcilli Tibbi yardım, istərsə də FHN maşınlarının həyətə problemsiz daxil olması üçün tədbirlər görülmüşdü. Nəhayət, Yasamal rayon icra hakimiyyəti, FHN, polis və MKİS işçiləri tərəfindən şlaqbaum sökülüb”.
Bina sakinləri Nəriman Nərimanov prospekti 201, 203 və 205 ünvanlarındakı həyət sahələrinin qorunması, həyətdə təhlükəsiz hərəkət edilməsi, avtomobil sahibi olan sakinlərin rahat şəkildə öz nəqliyyat vasitələrinin saxlanması üçün və həyət sahələrinin aidiyyəti olmayan avtomobillər tərəfindən yol kimi istifadə edilməsinin qarşısının alınmasını xahiş edirlər.
Amma aylardır müraciətlərə baxan yoxdur. Hazırda isə tikinti daha da genişləndirilib. Belə ki, məktəbin qarşısında mühafizə üçün yeni bina tikilir ki, bu da artıq gediş-gəlişi çətinləşdirib. Hətta sakinlər deyir ki, ola bilsin yolu da bağlasınlar.
Maraqlıdır ki, həm məktəb rəhbərliyi, həm də icra orqanları hər hansı bir problemin olmadığını deyirlər. Sanki elə bu cür də olmalıdır. Amma nəticə göz qabağındadır. Sakinlərin çəkdiyi zülmə isə çarə qılan yoxdur.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man