Fransadakı Qois keçidi adlanan 4,5 km-lik yol gün ərzində 2 dəfə suyun altında qalır.
Avtosfer.az-ın məlumatına görə, keçid Noirmoutier adası ilə Burnef körfəzini birləşdirir.
1840-cı ildən etibarən istifadəyə verilən yolun alternativi olmadığı üçün insanlar məcbur qalıb bu keçiddən istifadə edir. Yolu su basdığı zaman isə keçid 4 metr suyun altında qalır. Bu zaman suyun çəkilməsi bir neçə saat çəkir.
Bəzi hallarda isə insanlar yolu keçən zaman su basır və bu an ətrafda hazır gözləyən xilasetmə qrupları dövrəyə girir. Keçiddən istifadə edən nəqliyyat vasitələri sürücüləri isə təhlükə ilə üzbəüz qalır.
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man