Türkiyədə "SANCAR" adlı pilotsuz hərbi kateri suya buraxılıb

08 İyun 2022 | 12:58
OXUNUB: 615

Türkiyədə ölkənin su sərhədlərinin mühafizəsi sisteminin mühüm hissəsinə çevrilmək üçün nəzərdə tutulan yerli istehsali olan "SANCAR" adlı silahlı pilotsuz kateri suya buraxılıb.

Avtosfer.az-ın məlumatına görə, Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsi bildirib ki, pilotsuz katerin hazırlanması layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün "Yonca-Onuk" müdafiə tərsanəsi və "Havelsan" şirkətinin mütəxəssisləri tərəfindən birgə həyata keçirilib.

Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir Tuzla bölgəsində "SANCAR" katerinin suya buraxılması mərasimində iştirak edib.

İ.Dəmir hərbi katerin xüsusiyyətlərinə diqqət yetirərək, pilotsuz uçuş aparatlarının hazırlanması təcrübəsinin digər sahələrdə, o cümlədən pilotsuz katerlərin hazırlanmasında da tətbiq edildiyini qeyd edib.

İdarədən verilən məlumata əsasən, 12,7 metrlik "SANCAR" adlı pilotsuz kateri saatda 40 dəniz mili sürətə malikdir.

"SANCAR "12,7 mm STAMP-2 stabilləşdirilmiş pulemyot sistemi, UMTAS/L-UMTAS qanadlı raketləri ilə təchiz edilib.

Trend

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man