Rusiyalı sürücülərin 60 faizdən çoxu “Moskviç”in yenilənmiş versiyasını almağa hazırdır

08 İyun 2022 | 10:58
OXUNUB: 1080

“Romir” holdinqinin apardığı araşdırmaya görə, rusiyalı sürücülərin 60%-dən çoxu gələcəkdə “Moskviç” avtomobilinin yenilənmiş versiyasını almağı düşünməyə hazırdır.

Avtosfer.az-ın məlumatına görə, araşdırmada qeyd olunur ki, hər ikinci avtomobil sürücüsü "Moskviç"in geri qayıtmasına müsbət münasibət bəsləyir.

"65% gələcəkdə "Moskviç" markalı avtomobil almağa hazırdır. Onların əksəriyyəti qiymət amilini rəhbər tutur".

Tədqiqatda 718 respondent iştirak edib və yaşı 18-dən yuxarı olan avtomobil sürücüləri sorğulanıb.

Araşdırmaya görə, sorğuda iştirak edən avtomobil sürücülərinin 46%-i “Moskviç” istehsalının bərpasına müsbət münasibət bəsləyir. Digər 30% avtomobilin istehsalına neytral yanaşıb, 24% isə mənfi reaksiya verib.

Əfsanəvi brendin geri qaytarılması təşəbbüsü Moskva sakinləri tərəfindən daha isti qarşılanıb.

"İndi ruslar əksər hallarda iqtisadi vəziyyətə uyğunlaşıblar. Onlar idxalın əvəzlənməsi ilə bağlı kifayət qədər nikbindirlər. Əfsanəvi brendin qayıdışına gəldikdə isə nostalji hisslər də işləyir. Baxmayaraq ki, "Moskviç" lüks brend deyildi. Sovet dövründə o, etibarlı və dözümlü avtomobil kimi şöhrət qazanıb. Təəccüblü deyil ki, “Moskviç”in qaytarılmasını müsbət qiymətləndirənlərin əksəriyyəti yaşlı insanlardır”, - “Romir” holdinqinin prezidenti Andrey Milexin nəticələri şərh edib.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin bildirmişdi ki, Moskvanın mülkiyyətinə keçən "Renault Russia" zavodu “Moskviç” brendi altında avtomobillər istehsal edəcək. Eyni zamanda zavodda köhnə “Moskviç”lərin istehsalı nəzərdə tutulmayıb, söhbət sırf yeni modellərdən gedir.

Birinci mərhələdə daxiliyanma mühərrikli avtomobillərin, gələcəkdə isə elektromobillərin istehsalına başlanılacaq. Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi bu il keçmiş "Renault Rusiya" zavodunda "Moskviç" brendi altında avtomobilin buraxılmasını gözləyir. Eyni zamanda, Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov layihəyə çinli tərəfdaşların daxil ola biləcəyi barədə məlumat verib, lakin o, hansı şirkətlərdən bəhs etdiyini açıqlamayıb. İyunun 6-da zavod rəsmi olaraq "Moskviç" adlandırıldıb.

Marja

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man