İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 7-də keçirilən hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə Dövlət Xidməti məlumat yayıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 63 sifariş qəbul olunub, bunun 20-si elektron qaydada həyata keçirilib.
Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları hərraclarda iştirakı daha da sadələşdirib. Bu isə, hərraclara qatılanların sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir. Belə ki, ilkin satış qiyməti 12000 manat olan “Volkswagen Amarok” markalı avtomobilə edilən ən son təklif 2 dəfəyə yaxın artaraq 21000 manat olub. Bundan başqa, ilkin satış qiyməti 5000 manata olan “BMW-530i” markalı maşın 9000 manata özəlləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man