“Xaliq Faiqoğlu” daha bir marşrut xətti üzrə avtobusları yenilədi - FOTO

Yeniliklər 07 İyun 2022 | 16:22
OXUNUB: 594

“Xaliq Faiqoğlu” şirkəti istismarında olan marşrut xətləri üzrə xidmət keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Tədbirlər planına uyğun olaraq 06.06.2022-ci il tarixindən 114A saylı marşrut xətti üzrə istismar edilən avtobusların tamamilə yenilənməsi həyata keçirilmişdir. Beləliklə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ilə paytaxtı (20 Yanvar mt/s) birləşdirən marşrut xətti üzrə AVR0-5 standartlarına cavab verən müasir nəqliyyat vasitələri sərnişinlərin xidmətinə verilib.
Tədbirlər planına uyğun olaraq növbəti mərhələdə 79 saylı marşrut xətti üzrə avtobusların yenilənməsi planlaşdırılır. 06.06.2022-ci il tarixindən bu xətt üzrə müasir AVRO-5 standartlarına cavab verən “İsuzu” markalı avtobusların test rejimində istismarına başlanılıb.
Qeyd edək ki, 114A və 79 saylı müntəzəm marşrut xətlərində istismara verilmiş avtobuslar hava sərinlətmə sistemləri ilə təchiz edilmişdir ki, bu da sərnişinlərin yay aylarında rahatlığının təmin edilməsi baxımından əhəmiyyətlidir.

 

 


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man