Belarus yükdaşıyıcıları Gürcüstandan çıxmaq üçün Azərbaycandan keçəcək

07 İyun 2022 | 16:49
OXUNUB: 759

Belarus yükdaşıyıcılarına Gürcüstandan çıxmaq üçün alternativ marşrutlar seçmələri, xüsusən də Azərbaycan ərazisindən keçən marşrutlardan istifadə etmələri tövsiyə olunub.

Avtosfer.az xəbər verir ki, yükdaşıyıcılara Tbilisi (Gürcüstan) - Qırmızı Körpü keçid məntəqəsi (Gürcüstan - Azərbaycan) - Samur keçid məntəqəsi (Azərbaycan) - Yaraq-Kazmalyar keçid məntəqəsi (Rusiya) - Qomel (Belarus) marşrutu üzrə hərəkət etmələri məqsədə uyğun hesab edilir. Bu marşrut 1 min kilometr daha uzundur və təxmini sərhədi keçmə vaxtı bir həftəyə qədər uzana bilər.Belarusun Gürcüstandakı səfirliyinin məlumatına görə, Gürcüstandan (Dariali) Rusiyaya (Yuxarı Lars) getmək üçün növbələr 100 kilometrdən çoxdur və onlar artmaqda davam edir. Gözləmə müddəti 3-4 həftə və ya daha çoxdur.

Gürcüstan ərazisindən yükdaşımaların artmasına səbəb, ərzaq məhsullarına tələbatın artması, kənd təsərrüfatı məhsulları mövsümünün başlanması, ticarət əməkdaşlığın artması, eləcə də Ukrayna limanları vasitəsilə malların tranzitinin mümkünsüzlüyü kimi amillərin olduğu bildirilir.

Səfirlik yuxarıda qeyd olunan halları nəzərə alaraq, Yuxarı Lars vasitəsilə geri qayıtmağı planlaşdıran nəqliyyat vasitələrinin sürücülərinə ərzaq, su, dərman və gigiyena vasitələri ehtiyatına malik olmağı tövsiyə edir. Bundan əlavə, yük daşıyıcılarına mümkün qədər nağd pul və ya “Belarusbank”ın kartlarını götürmələri tövsiyə olunur, çünki hazırda Gürcüstanda bir çox Belarus bankının kartları ödəniş üçün qəbul edilmir.

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man