Nəqliyyat eksperti "Formula 1" ilə bağlı vətəndaşlara müraciət edib  - FOTO

07 İyun 2022 | 14:51
OXUNUB: 726

"Bakı şəhərində baş tutacaq “2022 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar aidiyyətı qurumlar vətəndaşlara dəfələrlə çağırışlar, tövsiyələr verir. Onların əksəriyyəti vətəndaşların rahatlığı, mənzil başına rahat və təhlükəsiz çatmaları ilə bağlıdır". Bu fikirləri Report-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Formula 1" ilə bağlı vətəndaşlara müraciət edərəkən deyib. O bildirib ki, Dövlət Yol Polisi əməkdaşları mütəmadi olaraq bu barədə məlumatlar verirlər, ictimai nəqliyyatın istiqaməti dəyişirsə, xəbərdarlıq edilir:

Elməddin Muradlı

 

"Gündəlik olaraq şəhər ərazisində sıxlıq və tıxaclar barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən vətəndaşlara məlumatlar çatdırılır. Sistemli informasiya təminatı var. Sosial şəbəkələr, radio və digər vasitələrlə görülən bu işləri alqışlayıram".

"Bu tədbir ümumilikdə ənənəyə çevirilib. Vətəndaşların iki həftəlik təmkinli olması yaxşı olardı. Bu, ölkəmizin dünyada tanıdılması üçün səmərəli tədbirdir. Dünyada bu tədbirə əvvəlkilərdən daha böyük maraq göstərildiyini nəzərə alaraq, hər birimiz "Formula 1" yarışlarının rahat və təhlükəsiz keçirilməsi üçün əlimizdən gələni etməliyik", - ekspert vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man