Formula 1 Azərbaycan Qran Prisi üçün ən bahalı biletin qiyməti açıqlanıb

07 İyun 2022 | 13:58
OXUNUB: 716

Formula 1 Azərbaycan Qran Prisi üçün ən bahalı biletin qiyməti 9130 manat təşkil edir.

Avtosfer.az-ın məlumatına görə, ən bahalı biletlər VİP xidmətlər daxil olan Formula 1 Paddok Klubunda təklif edilir.

Belə ki, Paddok Klubunda 1 günlük biletin qiyməti 1760 manat, iki günlük biletin qiyməti 7930 manat, 3 günlük biletin qiyməti isə 9130 manat təşkil edir.

Qeyd edək ki, Paddok klubunun oturacaqları F1 komandaların avtoqarajlarının üst hissəsində yerləşir və burada Pit Yoluna və Start/Finiş xəttinə mənzərə açılır. Buradan qalib pilotun damalı bayrağı ötüb Finiş xəttinə birinci çatmasını izləmək mümkündür.

Formula 1 Azərbaycan Qran Prisinə tribunalarda olan biletlərin qiyməti isə 90 manatdan başlayaraq 970 manata kimi dəyişir. Bakı Şəhər Halqasında tamaşaçılar üçün 9 tribuna yerləşir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün tribunalarda 16700 oturacaq quraşdırılıb.

Azarkeşlər biletləri //www.bakucitycircuit.com/az veb səhifəsindən, həmçinin şəhərimizin bilet satışı məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Trend

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man