750 sürücü “Tesla” avtomobili ilə bağlı ABŞ-ın Hərəkətin Təhlükəsizliyi Agentliyinə müraciət edib.
Avtosfer.az xəbər verir ki, şikayətə səbəb avtomobilin öz-özünə tormozlamasıdır. Bu hal əksər hallarda şəhər içində deyil, yüksək sürətli yollarda sürücünün iradəsindən asılı olmadan baş verir. Tormozlama avtomobili tam dayandıracaq gücdə olur. Bəzi ekspertlər bunu proqram xətası ilə izah etmək istəsələr də, zavod faktı təkzib edib. Bildirilib ki, avtomobillərin proqramn təminatı hər ay yenilənir və təkmilləşir.
Şirkətə məsələ ilə maraqlanaraq nasazlığı aradan qaldırmaq tapşırılıb.
Vüqar Yaşaroğlu
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man