"23 yaşında 90 gün ərzində Sakit okeanı təkbaşına, heç bir limana yan almadan qət edən dənizçi 60 ildən sonra eyni marşrutla əks istiqamətdə üzərək, öz rekordunu təzələyib..."
Bütün həyatı boyu dənizləri fəth edən yaponiyalının hədəfi 100 yaşında rekordunu yeniləməkdir...
Yaşlı yaponiyalı rəsmən dünyada dayanmadan yaxtada Sakit okeanı keçərək 8500 km məsafəni qət edən ən yaşlı adam olub.
Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" agentliyi məlumat verib.
Bu marşrutla kişi ikinci dəfədir ki, üzüb.
Şənbə günü, iyunun 4-də 83 yaşlı Keniti Xoriya Yaponiyanın qərbində Vakayama və Tokusima prefekturalarını ayıran Kii boğazına çatıb.
Öz səyahətinə yaxtaçı martın 27-də ABŞ-ın Kaliforniya ştatından başlayıb və o zamandan heç bir limana yan almayıb.
Bütün bu müddət ərzində o, 6 metrlik Günəş batareyaları ilə təchiz edilən Suntory Mermaid III yelkənli yaxtanı təkbaşına idarə edib, Yerlə əlaqə üçün isə peyk rabitəsindən yararlanıb.
"Mən çox sevinirəm ki, evə heç bir problem olmadan dönmüşəm və dəstəyə görə minnətdaram", - səyahətçi deyib.
Maraqlıdır ki, Keniti Xoriyanın səyahəti 60 il əvvəl Sakit okeanı təkbaşına keçən və heç bir limana yan almayan ilk yaxtaçı olan zamankı marşrutla keçib.
O zaman 23 yaşlı dənizçi pasportsuz əks istiqamətdə Heqo profekturasının qərb sahilində olan şəhəri tərk edərək, ABŞ sahillərinə üz tutub.
Xoriyanın 90 günlük üzgüçülüyü məçhurlaşıb, sonradan o, bunun əsasında bestseller yazıb.
Yaponiyalı bütün həyatı boyu dənizləri fəth edib, o cümlədən 70-ci illərin əvvəllərində təkbaşına dünyaətrafı səyahət edib.
2008-ci ildə o, dalğa enerjisində işləyən qayıqda Havay adalarından La-Manşadək 7000 km üzüb.
Yeni rekord Xoriya üçün sonuncu olmamalıdır.
O, bəyan edib ki, gələcəkdə də 100 yaşını qeyd etməyincə özünə meydan oxuyacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man