İqtisadçı ekspert Natiq Cəfərlinin “Formula-1” yarışlarının Ağdama köçürülməsi ilə bağlı təklifi maraqla qarşılanıb. Sosial şəbəkələrdə gedən müzakirələrdə bir çoxları ekspertin təklifini müsbət qiymətləndirərək, Qarabağın bərpasından sonra Ağdamda belə yarışların keçirilməsinin mümkün olduğunu bildirib.
Natiq Cəfərli işğaldan azad edilən torpaqların canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac olduğunu bildirib. Bu baxımdan o “Formula-1” yarışlarının Ağdama köçürülməsi təklifini irəli sürüb:
“Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar. Bu, həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı, həm də Bakının yükü azalar, şəhər əhalisinin “Formula-1” çətinliyinə son verərdi".
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas N.Cəfərlinin təklifini müsbət qarşıladığını deyib:
“Əlbəttə, Ağdam yenidən bərpa olduqdan sonra orada böyük konsertlər, tədbirlər, eləcə də “Formula-1” kimi yarışlar keçirilə bilər. Düzdür, indi məktəblər, parklar, yaşayış evləri tikilir, yenidənqurma işləri aparılır. Ancaq şəhər hələ tam təmizlənməyib”.
Deputatın sözlərinə görə, “Formula-1” yarışlarının Ağdamda keçirilməsi hələ bir neçə il mümkün olmayacaq:
“Ağdamda yaşayış tam təmin olunmalıdır ki, orada “Formula-1”, yaxud digər yarışlar, tədbirlər keçirilsin. Ancaq Ağdamın tam bərpası ən azı 10 il çəkəcək. Yaxın gələcəkdə belə bir təklifin həyata keçirilməsi mümkün deyil”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man