Bakı ilə İslamabad arasında birbaşa uçuşlara başlanılıb

Gündəm 06 İyun 2022 | 18:30
OXUNUB: 1400

Bu gündən etibarən Pakistanın paytaxtı İslamabaddan Bakıya birbaşa uçuşlara başlanılıb.

Bu barədə Avtosfer.az-a Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib. Bu münasibətlə İslamabad Beynəlxalq Hava Limanında rəsmi tədbir keçirilib. Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Beynəlxalq Hava Yollarının (PIA) baş icraçı direktoru Məhəmməd Əmir Həyat, PIA rəsmiləri, eləcə də birbaşa reysin ilk sərnişinləri iştirak ediblər. Uçuşlar ilkin olaraq hər həftənin bazar ertəsi günü İslamabaddan, cümə günü isə Bakıdan həyata keçiriləcək. Qeyd edək ki, İslamabadla yanaşı, PIA 2022-ci ilin mart ayından etibarən Pakistanın digər iki böyük şəhərindən – Karaçi (həftədə bir dəfə) və Lahordan (həftədə iki dəfə) Bakıya birbaşa uçuşlara start verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man