Mağazadan oğurluq etmək istəyən şəxs "iş başında" tutuldu

06 İyun 2022 | 14:29
OXUNUB: 677

Baş Mühafizə İdarəsinin Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluğa cəhd etməkdə şübhəli bilinən şəxsi cinayət başında yaxalayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında dərhal hərəkətə keçən Mühafizə Şöbəsinin polis əməkdaşları Xaçmaz rayon sakini Rəhman Rəhimovu hadisə yerində yaxlayıblar. O, ərzaq mağazasına qapını sındırma yolu ilə daxil olaraq oradan pul, eləcə də müxtəlif növ spirtli içkilər və ərzaq oğurlamağa cəhd edib. Həmin şəxs polis əməkdaşları tərəfindən Quba RPŞ-yə gətirilib.

Quba rayon məhkəməsinin qərarı ilə R.Rəhimov barəsində inzibati həbs qaydasında tənbeh növü seçilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man