Türkiyədə saxlanılan Moldova təyyarəsi Kişinyova qayıdır - YENİLƏNİB

05 İyun 2022 | 21:54
OXUNUB: 2209

“Air Moldova” türkiyəli kreditoru ilə problemlərin həll edildiyini açıqlayıb.

“Antalyaya və əks istiqamətdə uçuşlar bu gün saat 20:30-dan bərpa olunacaq”, - şirkət bazar günü “Facebook” səhifəsində məlumat verib. Aviadaşıyıcı dəqiqləşdirib ki, bir müddət öncə türkiyədə saxlanılan “Airbus A321” təyyarəsi sərnişinlərlə birlikdə bu gün Antalyadan Kişinyova qayıdır. Bazar günü gecikən “Airbus A319” isə Türkiyədən Moldova paytaxtına bazar ertəsi qayıdacaq.

18:40

Antalya hava limanında Moldova sərnişin təyyarəsi saxlanılıb.

Bu barədə iyunun 5-də “Air Moldova” şirkətinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, sərnişinlər Antalya hava limanında 9-14 saat vaxt keçirməli olublar. Moldova mediası təyyarənin aviadaşıyıcının türk şirkətlərinə olan borclarına görə saxlanıldığını yazıb. “Air Moldova” isə bu məlumatları təkzib edib. “Hazırda “Air Moldova”nın Türkiyə provayderinə faktiki olaraq heç bir borcu yoxdur”, - aviaşirkətin press-relizində qeyd edilib.

Mənbə: rossaprimavera.ru

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man