Avropa Komissiyası sürücülük vəsiqələrinin tanınması qaydalarını yumşalda bilər

Maraqlı 05 İyun 2022 | 09:34
OXUNUB: 1031

Avropa Komissiyası (AK) Ukraynada verilmiş sürücülük vəsiqəsinin bütün İttifaqda tanınması ilə bağlı qaydaları hazırlamağı planlaşdırır.

Avropa Komissiyası Ukrayna ilə digər məsələlərlə yanaşı yol hərəkəti haqqında saziş bağlamağı planlaşdırır, bu saziş sürücülük vəsiqələrinin və yükdaşımaları üçün ixtisas sertifikatlarının müvəqqəti tanınmasını nəzərdə tutur.

Qeyd edək ki, Almaniyada qəbul edilmiş qaydalara görə, Aİ hüdudlarından kənarda alınan sürücülük vəsiqəsi altı ay müddətində etibarlıdır, daha sonra sürücülük məktəbinə yazılmalı, yenidən imtahan verməli və yerli sertifikat alınmalıdır. Ancaq yeni sürücülük imtahanı ukraynalı qaçqınlar üçün baha başa gələ bilər, həmçinin vaxt aparacaq və dil bilmə ilə bağlı problemlər yaşana bilər. Bir çox iş yerləri üçün isə sürücülük vəsiqəsi tələb olunur.

Mənbə: DPA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man