Bakıda qəza törədən sürücü yoxa çıxdı - FOTO

04 İyun 2022 | 22:38
OXUNUB: 5017

Bakıda yol-nəqliyyat hadisəsi törədən sürücü ziyan vurduğu şəxsə dəymiş zərəri ödəmədən yoxa çıxıb. Bu barədə Avtosfer.az-a 90-MZ-921 dövlət nömrə nişanlı, “Toyota Camry” markalı avtomobilin sürücüsü Şamxal Hüseynli məlumat verərək bildirib ki, 7 May tarixində Nərimanov rayonu 5 nömrəli xəstəxananın qarşısında qəza keçirib. “Toyota Prius” markalı, 99-UF-318 nömrəli avtomobil onun maşını ilə toqquşub. Sürücülər öz aralarında razılığa gələrək hadisə yerindən uzaqlaşıblar. Zərər vuran sürücü şəxsiyyət vəsiqəsini girov qoyaraq dəymiş zərəri ödəyəcəyini bildirsə də, sonradan zərərçəkmiş sürücünün mobil nömrəsini bloka ataraq yoxa çıxıb. Zərərçəkən Şamxal Hüseynli bildirir ki, avtomobilinə təxminən 150 manat dəyərində ziyan dəyib. Hadisəni törədən şəxsin etdiyi bu hərəkət heç bir çərçivəyə sığmır. Ona görə də vətəndaş aidiyyatı qurumlardan xahiş edir ki, zərərverən sürücü tapılsın və barəsində tədbir görülsün. 
 

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man