Çinin cənubunda yüksək sürətli sərnişin qatarı qəfil torpaq sürüşməsi nəticəsində relsdən çıxıb. Çin Mərkəzi Televiziya kanalının məlumatına görə, sürücü ölüb, azı səkkiz nəfər yaralanıb.
İnsident yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 06:30 - red.) baş verib. Juntsyan stansiyasının yaxınlığındakı tunelin girişinin qarşısında torpaq sürüşməsi olub. Həmin vaxt Quyan-Quançjou marşrutu üzrə hərəkət edən D2809 sürət qatarının yeddinci və səkkizinci vaqonları relsdən çıxıb.
Bütün zərərçəkənlər, o cümlədən bir konduktor və yeddi sərnişin xəstəxanaya çatdırılıblar. Onlara tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.
oxu.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man